Şuşa rayonu üzrə kənd təsərrüfatı işlərinin gedişi haqqında
Şuşa rayonu üzrə 2024-cü
ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum
olmuşdur ki, Şuşa rayonu üzrə 2024-cü
ilin məhsulu üçün 01 yanvar 2024-cü il vəziyyətinə 1876,1 hektar sahədə əkin
işləri aparılmışdır ki, ondan 1026,9 hektarında buğda, 736,8 hektarında arpa,
112,4 hektarında isə yaşıl yem üçün xəsil əkilmişdir.
2024-cü ilin məhsulu üçün
rayon üzrə yazlıq əkin də aparılmışdır. Yazlıq əkindən 30,0 hektar sahədə
yazlıq arpa, 53,5 hektar sahədə tərəvəz,
6,5 hektar sahədə kartof, 40,0 hektar sahədə isə yazlıq yonca və 91,5 hektar
sahədə ərzaq üçün bostan bitkiləri (57,0 hektar yemiş, 34,5 hektar qarpız) əkilmişdir.
Beləliklə, 2024-cü ilin
məhsulu üçün 2158,3 hektar əkin sahəsi vardır. Bunun 1876,1 hektarı payızlıq,
221,5 hektarı yazlıq və 60,7 hektarı isə
keçən illərdən qalmış yonca sahəsidir.
Bundan başqa rayonumuzda
12,5 hektar bağ sahəsi vardır.
2024-cü ilin məhsulu üçün
əkin sahələri 2023-cü ilə nisbətən 685,2 hektar və ya 46,5 faiz artmışdır.
2023-cü ildə 1121,5 hektar,
bu il isə 1793,7 hektar sahədə dənli və dənli paxlalı bitkilər əkilmişdir ki,
bu da keçən ilə nisbətən 672,2 hektar, yəni 59,9 faiz artmışdır.
2023-cü ildə 152,6 hektar,
bu il isə 151,5 hektar sahədə kartof, tərəvəz və bostan bitkisi əkilmişdir ki,
bu da keçən ilə nisbətən 1,1 hektar, yəni 0,7 faiz azalmışdır.
2023-cü ildə 112,6 hektar,
bu il isə 112,4 hektar yaşıl yem, yəni xəsil əkilmişdir ki, bu da keçən ilə
nisbətən 0,2 hektar, yəni 0,2 faiz
azalmışdır.
2023-cü ildən qalma 60,7
hektar və yeni əkilmiş 40,0 hektar yonca sahəsi olmaqla, cəmi 100,7 hektar
yonca sahəsi vardır.
2023-cü ildə 86,4 hektar,
bu il isə 100,7 hektar yonca sahəsi vardır ki, bu da keçən ilə nisbətən 14,3
hektar, yəni 16,6 faiz artmışdır.
01 iyul 2024-cü il tarixinə
rayon üzrə 1026,9 hektar buğda sahəsindən 710,0 hektarında məhsul yığımı
aparılmış və 14200,0 sentner məhsul əldə edilmişdir.
01 iyul 2024-cü il tarixinə
rayon üzrə 766,8 hektar arpa sahəsindən 766,8 hektarında məhsul yığımı
aparılmış və 14569,2 sentner məhsul əldə edilmişdir.
01 iyul 2024-cü il tarixinə
heyvandarlıq sahəsində rayon üzrə bütün
təsərrüfat kateqoriyalarında 5364 baş iribuynuzlu mal-qara, o cümlədən
2544 baş inək və camış, 33170 baş qoyun və keçi mövcud olmuşdur.
01 iyul 2024-cü il tarixinə mövcud olan
mal-qaranın baş sayı ötən ilin müvafiq dövrü
ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 597 baş, yəni 12,5 faiz o
cümlədən inək və camışların sayı 223 baş, yəni 9,6 faiz artmışdır. Qoyun və
keçilərin sayı isə 1887 baş, yəni 5,4 faiz azalmışdır.
Hesabat dövrünə rayon üzrə
ət istehsalı 2010,0 sentner (diri çəkidə), süd istehsalı 12440,0 sentner,
yumurta istehsalı 640,0 min ədəd, yun istehsalı isə 480,0 sentner olmuşdur. Bu
da keçən ilin müvafiq dövrünə nisbətən ət 15,0 sentner, yəni 0,8 faiz çox, süd
13,0 sentner, yəni 0,1 faiz çox, yumurta 5,0 min ədəd, yəni 0,8 faiz çox, yun
60,0 sentner, yəni 11,1 faiz az olmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının
həcmi 4259,9 min manat, yəni keçən ilin
müvafiq dövrünə nisbətən 21,9 faiz çox olmuşdur.
Anar Xəlilov
Şuşa Rayon Statistika İdarəsinin rəisi
Rəylər
0 Rəy